RU
Zakir Həsənov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb
18:00
534

Zakir Həsənov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ