RU
Zakir Həsənov: Qarabağın işğalı bölgədəki şəraitə mənfi təsir göstərir
17:05
932

Zakir Həsənov: Qarabağın işğalı bölgədəki şəraitə mənfi təsir göstərir

MN məlumat yayıb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın ölkədəki səfiri Neboyşa Rodiç ilə görüşüb. 

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulandığı görüşdə ölkələr arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ