RU
Zakir Həsənov rəhbər zabit heyətini topladı
20:51
774

Zakir Həsənov rəhbər zabit heyətini topladı

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət üzrə rəhbər zabit heyətinin nümayəndələri ilə görüşüb.

7news.az-ın məlumatına görə, Zakir Həsənov Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından danışıb:

“Cənab Prezidentimiz bir daha vurğulayıb ki, ordu quruculuğu daim diqqət mərkəzindədir və növbəti ildə də ordunun inkişafı üçün lazım olan bütün tədbirlər görüləcək. Dövlətin orduya göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq hər bir zabit üzərinə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməlidir. Bilavasitə şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan zabit olaraq bu sahədə sizin üzərinizə də böyük məsuliyyət düşür. Orduda şəxsi heyətlə bağlı bütün məsələlərə müdaxilə edərək fikrinizi, mövqeyinizi bildirməlisiniz. Heç kimə sirr deyil ki, ordu xalqın, cəmiyyətin ayrılmaz hissəsidir. Xalq orduda baş verən bütün hadisələri dəqiqliklə izləyir, aparılan islahatlara və görülən işlərə qiymət verir. Unutmayın ki, qısa vaxt ərzində orduda həyata keçirilmiş yenilikləri xalq görür və bizə inanır. Biz isə bu inamı layiqincə doğrultmalıyıq”.

General-polkovnik işğal altında olan Azərbaycan ərazilərinin qısa bir zamanda azad ediləcəyinə əminliyini ifadə edib:

“Torpaqlarımızın işğalı davam edənədək düşmən təxribatlarının qarşısı qətiyyətlə alınacaq və ona vurulan sarsıdıcı zərbələr davamlı olacaq. Silahlı Qüvvələrdə həyata keçirilən tərbiyəvi iş də bu istiqamətə yönəldilməlidir. Şəxsi heyətlə iş üzrə bölmələrin zabitləri hərbi kollektivdə tərbiyə işinə nail olmaq üçün ilk növbədə özləri nümunə olmalıdırlar. Bu sahəyə cavabdeh olan şəxs hərbi biliyi, nizam-intizamı və davranışı ilə şəxsi nümunə olmağı bacarmalıdır. Gördüyü işlə şəxsi heyəti ordunun qarşısında dayanan ən mühüm vəzifənin uğurla yerinə yetirilməsinə səfərbər etməlidir. İstənilən hadisənin vaxtında, qabaqcadan qarşısını almağa hazır olun. Vaxtında profilaktik tədbirlər görün, xalqın gücündən, inamından istifadə edin, vətənpərvərlik tədbirləri keçirin”.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ