Bakı Ekspo Mərkəzində bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun "ADEX-2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Bu barədə 7News.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.








