RU
Zakir Həsənov Türkiyəyə səfər edib
10:40
124

Zakir Həsənov Türkiyəyə səfər edib

Azərbaycanın müdafiə naziri "Efes-2022" təlimini izləyəcək.

Müdafiə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ