Müdafiə naziri, general-polkovnik Zakir HəsənovAzərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.
Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
7News.Az








