Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Azərbaycana səfər edəcək.
Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, nazir öncə Şimali Amerika və Avropa ölkələrinə səfərə gedəcək.
Bildirilib ki, nazir Kanadaya sonra Nyu-Yorka gedəcək və BMT-nin sülhməramlı missiyasının rəhbərliyi ilə görüşəcək. Avropa səfəri çərçivəsində o, Aİ-nin təhlükəsizlik və müdafiə komitəsində çıxış edəcək. Turne Azərbaycana səfərlə yekunlaşacaq./azvision
7news.az








