Qəbul Xaçmaz rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.
Azərbaycanın baş prokuroru Zakir Qaralov dekabrın 4-də Xaçmaz rayon Prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər./report
7news.az








