"Qarşıda məhkəmə prosesləri var. Ona görə bunu şərh etmək istəməzdim".
Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
"Biz dəfələrlə bəyan etmişik ki, özlərini müxalifət adlandıran Qeyri-Hökumət Təşkilatları, müxtəlif qəzetlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Öz fəaliyyətlərində istər vergi, istərsə də gömrük qanunvericiliyinin tələblərini pozmalı deyillər. Müxalifət, Qeyri-Hökumət Təşkilatları öz xarici havadarlarından ölkə daxilində pul ala bilmədiklərindən həmin pulu digər ölkələrdə əldə edərək, Azərbaycana gətirmək istəyirlər. Biz də bunun qarşısını alırıq"./report
7news.Az








