RU
Zaqatala sakini -15° şaxtada çaya baş vurdu
00:39
991

Zaqatala sakini -15° şaxtada çaya baş vurdu

O “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir.

Zaqatala sakini -15 dərəcə şaxtada dağ çayına baş vurub.

47 yaşlı Bayram suya girməzdən əvvəl qar vannası qəbul edib.

Soyuq suda çimmək çoxlarının bağban kimi tanıdığı Bayramın hobbisidir. O bu işi uşaqlıqdan etdiyini bildirib. Bu şəxs qış aylarında isti üst geyimlərindən də istifadə etmədiyini və bu fəsli idman köynəyində keçirdiyini qeyd edib. Bayram həm də, “Ginnesin Rekordlar Kitabı”na düşmək arzusunda olduğunu dilə gətirib./report

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ