RU
Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünü bıçaqlayaraq öldürüb
10:27
1179

Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünü bıçaqlayaraq öldürüb

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.

Polis bölməsindən insidentlə əlaqədar hələlik açıqlama verilməyib.

Xatırladaq ki, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Polis bölməsindən verilən məlumata əsasən, ilkin ehtimala görə, Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.

**** 01.20

Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Hazırda hər iki yaralı əməliyyata qaldırılıb. Üzərilərində əməliyyat aparılır.

Polis bölməsindən verilən məlumata əsasən, ilkin ehtimala görə Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ