RU
Zaqatalada 15 yaşlı məktəbli qətlə yetirilib
10:24
1841

Zaqatalada 15 yaşlı məktəbli qətlə yetirilib

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Zaqatalada çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilən məktəblinin kimliyi məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadənin olduğu məlum olub.

Aparılan araşdırma zamanı məlum olub ki, Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbləri Zaqatala rayon prokurorluğu tərəfindən araşdırılır.

14.10.2015

Bu gün axşam saat 21:00 radələrində Zaqatala şəhəri ərazisində qətl hadisəsi törədilib.

15 yaşlı məktəbli bıçaqlanaraq qətlə yetirilib.

Hazırda Zaqatalanın hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Ölən və öldürənin kimliyi hələ ki, məlum deyil./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ