RU
Zaqatalada 17 yaşlı gənc dəm qazından boğularaq ölüb
21:00
722

Zaqatalada 17 yaşlı gənc dəm qazından boğularaq ölüb

Zaqatala rayonunda 17 yaşlı gənc dəm qazının qurbanı olub.

Hadisə Zaqatala şəhər, 28 may küçəsi, bina 56 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan​ 2006-cı il təvəllüdlü Turan Namiq oğlu Qurbanov yaşadıgı evin​ hamamında dəm qazından zəhərlənərək​ dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ