RU
Zaqatalada 5 otaqlı ev yandı
21:51
314

Zaqatalada 5 otaqlı ev yandı

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Yanğın bu gün axşam saatlarında rayonun Bəhmədli kəndində, kənd sakini Sahib Uluxanova məxsus, ümumi sahəsi 370 kv/m olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində evin 1-ci mərtəbəsində mətbəxin, dəhlizin və hamam otağının yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ