RU
Zaqatalada 5 otaqlı ev yanıb
00:15
238

Zaqatalada 5 otaqlı ev yanıb

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ