Zaqatalada bıçaqlanan yeniyetmənin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
"Aprelin 2-si, saat 21:45-də bir nəfər (kişi cinsli) Zaqatala rayon Əliabad qəsəbə sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda müayinələri davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
12:20
Zaqatalada bıçaqlanma hadisəsi olub.
Hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.H. xuliqanlıq zəminində həmkəndlisi 2009-cu il təvəllüdlü K.Q.-yə döş nahiyəsinə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş K.Q.-nin vəziyyəti qənaətbəxşdir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.








