RU
Zaqatalada dağda yanğın başlayıb - YENİLƏNİB
16:43
427

Zaqatalada dağda yanğın başlayıb - YENİLƏNİB

7news.az xəbər verir ki, hadisə ucqar dağ kəndi olan Qalal kəndi ərazisində qeydə alınıb. Həmin kəndə yanğınsöndürən maşınlar gedə bilmədiyi üçün yanğının söndürülməsinə FHN-in canlı qüvvəsi və kənd camaatı cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri cəlb edilib. İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 3 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ