RU
Zaqatalada ev yanıb, 53 yaşlı qadın ölüb - YENİLƏNİB
12:03
67

Zaqatalada ev yanıb, 53 yaşlı qadın ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan  birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.

09:12
Zaqatalada yanğın nəticəsində bir nəfər ölüb.

Hadisə Muxax kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yaşadığı evin yanması zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ