RU
Zaqatalada güclü külək və leysan fəsadlar törətdi - FOTO
00:00
391

Zaqatalada güclü külək və leysan fəsadlar törətdi - FOTO

Zaqatalada güclü külək və leysan bir sıra fəsadlar törədib.

Axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinə yağan leysan yağışlar Zaqatalada fəsadlara səbəb olub.

Belə ki, Zaqatala şəhəri Qaladüz adlanan yaşayış massivində külək beşmərtəbəli binanın dam örtüyünün çox hissəsini aparıb.

Rayonun Aşağı Tala və Muxax kəndləri ərazisində irigövdəli ağac aşaraq yolu bağlayıb.

Bir sıra ərazilərdə elektrik naqilləri qırılıb./qafqazinfo
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ