RU
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - FOTO
14:58
299

Zaqatalada iribuynuzlu mal-qara güllələnib - FOTO

Zaqatalada iribuynuzlu mal-qara güllələnib.

Rayonun Muğanlı kənd sakini Rəsul Həsən oğlu Musayevin APA-ya verdiyi məlumata görə, ötən gün axşam saatlarında ona məxsus iki baş inək naxırdan qayıtmayıb. Bunu görən R.Musayev heyvanların axtarışına başlayıb.

 

R.Musayev kənd ərazisində inəklərin güllələnmiş cəsədlərini tapıb. O, bu barədə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ