RU
Zaqatalada itkin düşən çobanın meyiti tapıldı
16:23
497

Zaqatalada itkin düşən çobanın meyiti tapıldı

Zaqatalada itkin düşən çobanın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub.

Hazırda Qurban İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ