Zaqatalada maşın təmiri sexləri yanıb.
Yanğın bu gün səhər saatlarında, Qurbanov Qurban Azad oğluna məxsus ümumi sahəsi 90 kv/ m olan 5 maşın təmiri sexindən baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın zamanı 60kv/m olan 3 maşın təmiri sexinin yanar konstruksiyaları tamamilə yanıb. İki maşın təmiri sexi, təmirə qoyulmuş 3 minik avtomobili və ətrafda olan digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.








