Bununla bağlı əməliyyat keçirilib.
Zaqatalada məsciddən pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidində qeydə alınıb.
Məscidin nəzir qutusundan 200 manat pul oğurlanıb.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub.
7News.Az








