RU
Zaqatalada narkotik əkən keçmiş polisi tutdular
15:10
1079

Zaqatalada narkotik əkən keçmiş polisi tutdular

Cinayət işi başlanılıb.

Zaqatalada keçmiş polis əməkdaşı polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.

Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ