RU
Zaqatalada psixotrop dərman satan aptek işçisi saxlanıldı
16:57
764

Zaqatalada psixotrop dərman satan aptek işçisi saxlanıldı

Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik "Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və dörd ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ