RU
Zaqatalada vəzifəli şəxsin avtomobili yanıb
15:40
398

Zaqatalada vəzifəli şəxsin avtomobili yanıb

Zaqatalada avtomobil yanıb.

 

Bu gün saat 13:40 radələrində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdindəki  Zaqatala Bölgə Təcrübə Stansiyası ərazisində stansiyanın direktoru Nəbi İsmayıl oğlu Kərimova  məxsus, "Niva” markalı, 10 TT 849 dövlət nömrə nişanlı minik avtomobili dayandığı yerdə qəfildən yanmağa başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları  içərində olan sənəd və əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır./apa

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ