RU
Zarafata görə sərnişin təyyarəsi endirildi - FOTO
13:15
389

Zarafata görə sərnişin təyyarəsi endirildi - FOTO

Kəlkütdən Mumbaya uçan təyyarə "zarafatcıl" oğlana görə təcili eniş edib.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, təyyarədə boğazına şərf bağlayaraq video çəkib, Snapchat-da paylaşıb, üzərinə terrorla bağlı sözlər yazan Yogvedant Poddar adlı sərnişin saxlanılıb.

Yogvedantin yanındakı sərnişin onun paylaşımını gördükdə bu barədə stüardessaya xəbər verib. Stüardessa isə pilotları bu barədə məlumatlandırılıb.

 

Araşdırmalardan sonra məlum olub ki, sosial şəbəkədə "Terrorçu təyyarədədir, qadınların ürəyini məhv edəcəm" sözlərini yazan Yogvedant qeyri-ciddi imiş.

Onun zarafat etdiyi polis tərəfindən təsdiqlənib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ