Sosial şəbəkələrin Ermənistan seqmenti bu gün belə açıqlamalar və paylaşımlarla zəngindir.
Səbəb Rusiya Xarici İşlər Nazirliyinin rəsmi yetkilisi Mariya Zaxarovanın son bəyanatıdır.
"Bölgədə ən yaxın zamanda YUNESKO missiyasının təşkil olunmasını istəyirik. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti istiqamətində işləyirik. Həmsədrlərin bu ilin aprelin 13-də yaydıqları bəyanatda deyilir: "Mədəni və dini irsin qorunması ilə mühafizəsi Azərbaycanla Ermənistandan əlavə səylər tələb edən məsələlərə daxildir" - M.Zaxarova deyib.
Erməniləri də hiddətləndirən məsələ M.Zaxarovanın Azərbaycanın Ermənistanda dini və mədəni irsinin mövcudluğunu etiraf etməklə yanaşı, bu məsələni xüsusilə vurğulamasıdır.
Ermənistan XİN-nin funksionerləri bu gün mediaya açıqlamasında deyiblər: "Rusiyadan mövqeyini daha dəqiq, anlaşılan tərzdə və ünvanlı formalaşdırmasını xahiş edirik".
Rəsmi İrəvan bununla müasir Ermənistan ərazisində azərbaycanlıların dini və mədəni irsinin "olmadığına" işarə vurur, halbuki belə irs nümunələri minlərlədir.
7News.Az








