Rusiya və Ukrayna nümayəndə heyətləri Ukraynadakı situasiyanın nizamlanması üçün danışıqları davam etdirir.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
"Rusiya və Ukrayna nümayəndə heyətləri Ukraynadakı situasiyanın nizamlanması, onun neytral, nüvə silahından azad və hərbi bloklardan kənar statusu barədə müzakirə aparır. Müzakirələrin gündəliyində demilitarizasiya, denasifikasiya məsələləri, rus dilinin rəsmi statusunun bərpası, Krım Rusiyaya məxsusluğu və "DXR və "LNR”in müstəqil olması da daxil olmaqla, hazırkı ərazi reallıqlarının tanınması daxildir”, - deyə Zaxarova söyləyib.
7NEWS.Az








