RU
Zaxarova Türkiyədəki çevriliş zamanı Rusiyanın mövqeyini açıqladı
19:15
318

Zaxarova Türkiyədəki çevriliş zamanı Rusiyanın mövqeyini açıqladı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə hərbi çevrilişə cəhd zamanı Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın deyil, beynəlxalq hüquq və qanunvericiliyin mövqeyini dəstəklədiyini bildirib. 

Bu barədə o, "Rusiya-Yunanıstan 2016” müsahibəsində bildirib. 

"Mən dəqiqləşdirmək istərdim ki, biz Ərdoğanın mövqeyini dəstəkləmədik. Bu insanın bəyənib-bəyənmədiyimizə görə, fərdi olaraq dəstəklənməsi məsələsi deyil, çünki bu çıxılmaz dalandır.

Bizim xarici siyasətimizin əsaslandığı prinsipimiz var: bu, beynəlxalq hüquqa hörmət və riayətdir, BMT-nin əsas prinsiplərinə riayət etməkdir”, - RİA Novosti Zaxarovanın sözlərindən sitat gətirib. 

Onun sözlərinə görə, Rusiya konstitusiya quruluşunu və qanunvericiliyi dəstəkləyirdi. 

Çevrilişə cəhd iyulun 16-na keçən gecə baş verib. Türkiyə hakimiyyəti çevrilişin təşkilatında Fətullah Güləni ittiham edir. /oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ