RU
Zaxarovadan sərt sözlər: “Yalan danışır, amma qızarmır!”
10:15
650

Zaxarovadan sərt sözlər: “Yalan danışır, amma qızarmır!”

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Yaxın və orta mənzilli raketlərin məhvi anlaşmasının müddəalarını pozmasına dair heç bir sübut gətirmədi.

7News.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Yalan danışır, amma qızarmır. Münhendə Lavrovla görüşdə Stoltenberq heç bir sübut gətirə bilmədi. NATO-çuların arqumentləri həmişəki kimi belə idi: "Hər şey sosial şəbəkələrdə var”, "Sizdən başqa heç kim buna qadir deyil”. NATO bax belə NATO-dur”.

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq təşkilatın bütün üzvlərinin Rusiyanın razılaşmanı pozması ilə razı olduğunu bildirmişdi.

 

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ