Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada xəstəxanalardan birinə yerləşdirilib.
Həkimlər özünü pis hiss edən diplomata müayinədən sonra ciddi xəstəlik diaqnozu qoyub.
Mənbələrin sözlərinə görə, bu, Zaxarovanın ağır iş qrafiikinə görə olub.
Hazırda xəstəxanada olan XİN nümayəndəsinə intensiv müalicə kursu təyin olunub.
***
Mariya Zaxarova Feysbuk hesabında xəstəxanaya yerləşdirildiyi ilə bağlı xəbərə münasibət bildirib.
"Mən hətta nə yazacağımı bilmirəm. İlk dəfə öz hisslərimi ifadə etmək məcburiyyətində qalıram. Məndə burun axıntısı və öskürək var idi. Və hər ilin sonunda dövlət qulluqçusu kimi tibbi müayinədən keçirəm. Hazırda mənə kömək və dəstək üçün təkliflər gəlir. Dostlar, çox sağ olun, lakin hələ tezdir. Mənə kömək etmək istəyənlər həqiqətən də dəstəyə ehtiyacı olan insanlara xeyriyyəçilik məqsədilə öz yardım əllərini uzatsınlar. Bu, uşaq evi, çoxuşaqlı ailələr, əlillər, yaşlılar ola bilər”./.qafqazinfo
7news.Az








