7NEWS.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ICTWEEK-də bir çox yeni nəsil texnologiyaları müzakirə olunub. Oktyabrın 26-da tədbir çərçivəsində keçirilən və böyük diqqəti cəlb edən autsorsinq forumunda Özbəkistan Respublikasının rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov da iştirak edib. Tədbir çərçivəsində edilən təqdimatlarda Özbəkistanın İT ixracını hər il 5 milyard dollara çatdırmağı hədəflədiyi bildirilib.
7NEWS.az








