Özbəkistan keçmiş Sovet İttifaqının dağılmasından sonra elan edilmiş müstəqilliyinin 32-ci ildönümünü qeyd edir.
7NEWS.az xəbər verir ki, Özbəkistan Ali Soveti 31 avqust 1991-ci il tarixli qərarı ilə Özbəkistanın Dövlət Müstəqilliyi haqqında qanun qəbul etdi və 1 sentyabrın "Müstəqillik günü” kimi qeyd olunmasına qərar verdi. Sovet dövründə xammal və pambıq anbarı olan Özbəkistan müstəqillik qazandıqdan sonra kənd təsərrüfatına əsaslanan iqtisadiyyatdan imtina edərək iqtisadiyyatını şaxələndirməyə başladı. Bu çərçivədə öz potensialından istifadə etmək üçün tekstil sektorunu inkişaf etdirməyə başlayan Özbəkistan pambıq ixrac edən ölkə olmaqdan vaz keçərək tekstil sektoruna mühüm investisiyalar yatırıb. Müstəqilliyinin ilk illərində toxuculuq məhsulları idxal edən ölkə olan Özbəkistan beləliklə, bu məhsulları ixrac edən əsas ölkələrdən birinə çevrildi.
7NEWS.az








