RU
Özbəkistan Prezidenti Milli Məclisin sədrini qəbul edib
20:00
1813

Özbəkistan Prezidenti Milli Məclisin sədrini qəbul edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Milli Məclis sədri Sahibə Qafarovanı qəbul edib.

Parlament sədri Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb.

Söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın vahid tarix, dil, din, mədəniyyət, müştərək dəyərlər kimi möhkəm təmələ əsaslandığı, son illər ikitərəfli əməkdaşlığın xeyli inkişaf etdiyi qeyd olunub. Hazırda iki ölkə arasında iqtisadiyyat, siyasət, parlament əlaqələri, mədəniyyət, və s. sahədə xeyli irəliləyiş olduğu, rəsmi şəxslər, ictimai təşkilatlar, işgüzar dairələr səviyyəsində mütəmadi təmasların, səfərlərin həyata keçirildiyi dilə gətirilib.

O da qeyd olunub ki, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artıb, 200-dən artıq birgə müəssisə təsis edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ