RU
Özbəkistan Rusiyadan hər il 2,8 milyard kubmetr təbii qaz alacaq
12:52
25

Özbəkistan Rusiyadan hər il 2,8 milyard kubmetr təbii qaz alacaq


Özbəkistanın Energetika Nazirliyi oktyabr ayından etibarən Rusiyadan gündəlik 9 milyon kubmetr təbii qaz idxalına başlanacağını açıqlayıb. İllik həcmin təqribən 2 milyard 800 milyon kubmetr olacağı bildirilir.

7NEWS.az xəbər verir ki, iyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiyanın "Qazprom Export”, Özbəkistanın "UzGastrade” şirkəti və Özbəkistanın Energetika Nazirliyinin nümayəndə heyətləri arasında iki illik müqavilə imzalanıb, lakin müqavilənin detalları bu gün açıqlanıb. Nümayəndə heyətləri Özbəkistanın qaz nəqli sisteminin hazır vəziyyətə gətirilməsi üçün yol xəritəsini qəbul ediblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ