RU
Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər
12:21
521

Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər

Özbəkistan sərhədçiləri  öz ölkəsinin ərazisində olan Qırğızıstan vətəndaşını güllələyərək öldürüblər.

7news.Az-ın xəbərinə görə, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, aprelin 7-də Qırğızıstan Respublikasının Calal-Abad vilayətinin Mamay Aksıysk rayonu ərazisində Özbəkistan hərbi qulluqçuları öz ölkəsinin ərazisində olan qırğız vətəndaşı – Kuruluş kəndinin sakini 1984-cü il təvəllüdlü F.M-ə atəş açıblar. 

Aldığı yaradan F.M. Kerben şəhər xəstəxanasında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ