RU
Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər
21:50
554

Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər

“Onları cərimə edəcəyimizi bildirdik”.

Özbəkistanın Buxara vilayətinin höküməti yerli polisdə qeydiyyata alınmış fahişələri pambıq yığımına göndərib.

7news.az-ın məlumatına görə, bu barədə “Azadlıq Radio”sunun Özbəkistan bürosu şahidlərin aaçıqlamalarına və yerli hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Qaragül rayon sakini Əsəd Salomovun sözlərinə görə, o yerli hakimiyyət nümayəndələrinin 40 yaxın əxlaqsız qadının avtobusa minizdirərək aparmasının şahidi olub.

“Mən eyvandan baxırdım. Onlar bütün qadınları bir cərgəyə düzdülər, yoxladılar, sonra isə avtobusa otuzdurub apardılar”, - Salomov bildirib.

Hüquq-mühafizə orqanlarında fahişələrin pambıq yığımına cəlb edilməsini təsdiq ediblər.

“Bəli, biz bu qadınların əməyindən istifadə edirik. Onları cərimə edəcəyimizi və əvvəlki işlərini qaldıracağımızı bildirdik. İndi isə onlar çox yaxşı işləyirlər”, - yerli sahə müvəkkili bildirib.

Məlumat verilir ki, yüngül əxlaqlı qadınlardan başqa, pambıq yığımına qeydiyyatda olan narkomanlar və spirtli içki aludəçiləri də cəlb ediliblər.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ