RU
Özbəkistanda koronavirusa yoluxanların sayı 21,5 mini ötdü
12:50
264

Özbəkistanda koronavirusa yoluxanların sayı 21,5 mini ötdü

Özbəkistanda koronavirusa yoluxanların sayı son bir gündə 686 nəfər artaraq 21 506-ə çatıb.

7News.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Sutkalıq yoluxma üzrə qeydə alınan bu rəqəm ikinci ən yüksək göstəricidir. Bundan əvvəl iyulun 14-də ölkədə 689 nəfərdə koronavirus aşkarlanmışdı. 

Ötən gün Özbəkistanda COVID-19-dan 5 nəfər vəfat edib.

Ölkədə virusa yoluxan 11 674 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər ölüb. Aktiv xəstə sayı 9 710 nəfərdir, 81 pasiyentin vəziyyəti isə ağırdır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ