Özbəkistanın paytaxtı Daşkənddə şirkətin anbarında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 163 nəfər yaralanıb.
7NEWS.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə şirkətin anbarında partlayış baş verib. Özbəkistan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, partlayışın səbəbi hələlik məlum deyil. Özbəkistan Səhiyyə Nazirliyindən verilən açıqlamada partlayış nəticəsində 1 nəfərin öldüyü, 163 nəfərin yaralandığı bildirilib.
7NEWS.az








