RU
Özbəkistanda Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
12:05
4615

Özbəkistanda Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyin təşkilatçılığı ilə Səfirliyin nəzdindəki H.Əliyev adına Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə xarici ölkələrin və beynəlxalq təşkilatların Özbəkistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Özbəkistan Xarici İşlər Nazirliyinin məsul şəxsləri, Özbəkistanda yaşayan xalqların diaspora rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin üzvləri, Özbəkistan ziyalıları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər qoymuşlar. Sonra tədbir iştirakçıları Mərkəzin foyesində Xocalı faciəsinin ildönümünə həsr olunmuş fotostend və sərgi ilə tanış olmuşlar. Səfirliyinin təşkilatçılığı və daxili imkanları hesabına nəşr olunmuş özbək araşdırmaçı alim Şuxrat Salamovun (Barlas)  «Туркестан и Южный Кавказ XIX – XX вв. Дашнаки от Ферганы до Карабаха» adlı kitabı, həmçinin ingilis, rus və özbək dilində hazırlanmış pres-relizlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

Tədbirdə çıxış edən Səfir Hüseyn Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilər tərəfindən Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə prosesi və bu prosesin ən qanlı nümunəsi olan Xocalı faciəsi haqda qonaqlara ərtaflı məlumat vermişdir. Bu gün artıq siyasi arenalarda XX əsrin ən qanlı soyqırımları ilə adı yanaşı çəkilən Xocalı qətliamının dünyanın 12 dövləti, ABŞ-ın 20 ştatı, o cümlədən 54 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı tərəfindən soyqırım kimi tanındığını vurğulmışdır. Yalnız Xocalıda deyil, 1915-1918-ci illər Türküstanda o cümlədən törədilmiş bütün soyqırımları qətiyyətlə pislədiyini bəyan edən Səfir, digər ölkələr tərəfindən də soyqırımın tanınmasının vacib olduğunu və Azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilən bu soyqırımın səbəbkarlarının qanun qarşısında cavab verməli olduqlarını bildirmişdir.

Daha sonra Özbəkistan xalq çalğı alətləri Kamera Orkestri professor Firuzə Abduaraximovanın bədii rəhbərliyi ilə “Xocalıya ədalət” adlı soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş konsert-rekviemlə çıxış etmişdir. Konsert-rekviemdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Hacı Xanəmmədovun, özbək bəstəkarları Dani Zakirovun, Muxtar Əşrəfinin və s. əsərləri ifa olunmuşdur.

Beynəlxalq festivalları laureatı Səncər Kadirov xocalı soyqırımı qurbanlarının xaitərsinə ithaf etdiyi “Ayrılıq”, “Darıxıram sənin üçün Şuşam” musiqisini Azərbaycan dilində ifa etmişdir.

7News.az

123456

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ