Rusiyanın Vsevolojsk şəhər prokurorluğu iki yaşlı uşağın ölümü ilə bağlı araşdırmalara başlayıb.
Leninqrad vilayəti prokurorluğundan verilən məlumata görə, Özbəkistan vətəndaşı olan uşağın anası onu Sankt-Peterburqun Kalininski rayonunda yaşayan dayənin (Qırğızıstan vətəndaşı) mənzilinə aparıb. Bir neçə ay sonra övladının dalınca gələn ana körpəsinin öldüyünü öyrənib.
Qadın uşağın meyitini yaşadığı Murinoya gətirib və oradan hüquq-mühafizə orqanlarına şikayət edib.
Hazırda istintaq orqanları tərəfindən ibtidai yoxlama aparılır. Yoxlamanın gedişi və nəticələri şəhər prokurorluğu tərəfindən nəzarətə götürülüb.
Mənbə: rosbalt.ru








