RU
Özbəklər İslam Kərimovla vidalaşır – FOTOLAR + VİDEO
08:40
1373

Özbəklər İslam Kərimovla vidalaşır – FOTOLAR + VİDEO

Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.


7News.Az-ın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın "Cənub” hava limanına aparılıb. 

Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Buradan Kərimovun nəşi təyyarə ilə Smərqəndə yola salınıb. 

Qeyd edək ki, İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. 

İslam Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

 



 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ