RU
Üzdəki çilləri təbii üsulla necə yox edə bilərik?
16:47
1020

Üzdəki çilləri təbii üsulla necə yox edə bilərik?

Çillər insana fərqlilik xüsusilik aşılayır. Amma  bu görünüşdən narahatsınızsa,çillərinizi yüngülləşdirmək, qismən də olsa azaltmaq  üçün bu təbii yollara müraciət edə bilərsiniz:

Qara üzüm

Təzə qara üzümü ikiyə bölüb çilli bölgəyə sürtün. 10 dəqiqə gözlədikdən sonra yuyun. 15 gün ərzində hər gün təkrarlayın. Bir neçə gün ara verib təkrar başlayın.

Kətan toxumu

2 yemək qaşığı kətan toxumunu 250 qram qaynar suya qatıb qarışdırın. Soyuduqdan sonra süzüb üzünüzə sürtün. Quruduqdan sonra yuyun. 1 ay boyunca hər gün təkrarlayın.

Limon, bal və cəfəri

1 yemək qaşığı bal, 5 budaq cəfəri və yarım limonu blenderdən keçirin. Əldə etdiyiniz suyu çilli bölgəyə sürtün. Yaxşıca quruduqdan sonra üzünüzü yuyun. Limon turşulu olduğundan, hər gün tətbiq etsəniz dərinizi qurudar. Bunu iki gündə bir tətbiq edin. Tətbiq etdiyiniz günlərdə üzünüzü yuduqdan sonra mütləq nəmləndirici ilə nəmləndirməyiniz lazımdır. /qadinklubu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ