Sən demə qəhvənin dəriyə xeyri var.
Kosmetoloqların sözlərinə görə, həftədə bir neçə dəfə əzilmiş qəhvə dənələri ilə üzü yumaqla qırışların yaranmasının qarşısını almaq olar. Bundan başqa qəhvə ilə dərini canlandırmaq da mümkündür. Bunun üçün 1 yemək qaşığı qəhvə ilə 1 yemək qaşığı qatığı qarışdırın. Daha sonra bu qarışıqla üzünüzü yavaşca masaj edin. Bir neçə dəqiqə saxladıqdan sonra cildi ilıq su ilə yuyun. Prosesi bir neçə dəfə təkrarlasanız mükəmməl nəticənin də şahidi olacaqsınız.
7News.Az








