RU
Zəbt olunan bina həyətləri... -
22:10
770

Zəbt olunan bina həyətləri... -

Bir çox yaşayış binalarının həyətləri fərdi bağlar, qarajlar və digər obyektlərlə zəbt olunub.

7news.az xəzər xəbər-ə istinadən məlumatına görə, həyətləri daraldan bu obyektlər insanların istirahətinin pozulmasına səbəb olur.

Belə mənzərələrə paytaxt başda olmaqla hətta digər şəhər və rayonlardakı binaların həyətlərində də rast gəlmək olar.

Bəzi sakinlər binaların həyətini zəbt edərək müxtəlif obyektlər tikib müəyyən məqsədlərlə istifadə edirlər. Nəticədə binaların həyəti xeyli daralır ki, bu da sakinləri narahat edir.

Əslində isə qarajların yerində uşaqların oynaması üçün vasitələr, habelə sakinlərin istirahət üçün şərait olmalıdır. Hətta avtodayanacaq da. Hazırda isə bir qaraj bir neçə avtomobilin yerini tutur.

Mənzil İstismar Sahələrinin indiki rəhbərləri deyir ki, binaların həyətlərində olan obyektlər azı 10 il əvvəl tiklib.

Əmlak məsələləri üzrə ekspertlər isə bildirir ki, yaşayış binalarının həyətlərinin özəlləşdirilməsi mövcud Mənzil Məcəlləsinə ziddir. Qanuna uyğun olaraq binaların həyətlərində yalnız sakinlərin ümumi istifadəsi üçün obyektlər tikilə bilər.

7news.az

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ