RU
Zədəli futbolçu üçün gələn maşın onun üstünə çıxdı
15:20
524

Zədəli futbolçu üçün gələn maşın onun üstünə çıxdı

Braziliyada keçirilən futbol matçında dəhşətli hadisə baş verib.

7News.Az publika.az-a istinadən xəbər verir ki, Sao Paulo Gənclər Futbol Turnirində "Trinidad” və "Flamenqo” komandalarının aşağı yaş qrupları arasında baş tutan qarşılaşmada Bernardo adlı gənc oyunçu zədələnib.

Ağrılar içində qıvrılan Bernardo meydançanı tərk etmək üçün kömək istəyib. Lakin onu aparmağa gələn tibbi avtomobil futbolçunun ayağını əzib. Ağrısı daha da şiddətlənən oyunçu birtəhər maşına əyləşərək meydançanı tərk edib. Həkimlər onun vəziyyəti ilə bağlı açıqlama verib və zədəsinin ciddi olmadığını bildiriblər.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ