RU
Zelenski AŞPA-da çıxış etməyəcək
18:15
107

Zelenski AŞPA-da çıxış etməyəcək

Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı təxirə düşüb, onun əvəzinə Baş nazir Denis Şmıqal videoformatda çıxış edəcək.

7NEWS.Az xəbər verir ki, bu barədə AŞPA-nın "Twitter" hesabında məlumat verilib.
"Bu gün günorta Avropa Şurası Parlament Assambleyasında çıxışı gözlənilən Ukrayna prezidenti Zelenski çox təcili, gözlənilməz hallar səbəbindən çıxış edə bilməyəcək”, - bildirilib.

Baş nazirin çıxışının Bakı vaxtı ilə 19:00-da olacağı gözlənilir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ