Beynəlxalq Valyuta Fondundan maliyyə vəsaiti olmadan koronavirusun yaratdığı böhrandan çıxa bilməyəcəyik.
7News.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Savik Şusterin Söz Azadlığı” tok-şousunun efirində deyib.
Efirdə ondan "Ukraynanın BVF-nin krediti olmadan yaşaya biləcəyini” soruşduqda Zelenski belə cavab verib: "İnsan bir həftə su olmadan yaşaya bilərmi? Yox. BVF ilə də vəziyyət eynidir. Niyə belə bir risk etməliyik? Niyə vəziyyəti defolta gətirib çıxarmalıyıq? Bütün bu testlərə niyə ehtiyacımız var? Onların sayı çoxdur. ”
Ukrayna prezidentinin sözlərinə görə, BVF-nin dəstəyi hazırda ölkə üçün xüsusilə vacibdir:
"Başqa vaxtlar olsaydı, bunun bizə lazım olub-olmayacağını deyə bilərdik. İndi bu pul qan kimi bizə lazımdır”.
Zelenskinin dediyinə görə, cəmi 8-10 milyard dollar almaq barədə danışırıq. Bu, təkcə BVF-nin pulu deyil, eyni zamanda Dünya Bankının, Avropa Birliyinin əlverişli faiz dərəcələri ilə verdiyi kreditlərdir.
"Mən demək olar ki, hər gün başqa ölkələrin liderləri ilə danışıram. BƏƏ, Azərbaycan və Kanada ilə danışırıq. Yeri gəlmişkən, Almaniya kansleri Angela Merkelə də minnətdaram. Onların hamısı olacağını bildirirlər” deyib Zelenski.
Prezident izah edib ki, BVF ilə memorandum imzalamaq üçün Ukrayna iki şərt yerinə yetirməlidir: torpaq bazarı açılmalı və milliləşdirilmiş bankların keçmiş sahiblərinə qaytarılmaması haqqında qanun qəbul etməlidir.
7News.Az








