RU
Zelenski BMT Baş Assambleyasını Ukraynanın sülh formulunu dəstəkləməyə çağırıb
10:50
47

Zelenski BMT Baş Assambleyasını Ukraynanın sülh formulunu dəstəkləməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasını fevralın 23-də səsverməyə çıxarılacaq "sülh formulu”nu dəstəkləməyə çağırıb.

Ukrayna Prezidenti bu barədə tviterdəki səhifəsində yazıb.

"BMT Baş Assambleyası öz işini bərpa edib və suveren bərabərlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülh məsələlərinə baxacaq. Hər bir məsul dövləti sabah qətnaməni dəstəkləməyə çağırırıq", - paylaşımda deyilir.

Xatırladaq ki, BMT Baş Assambleyası xüsusi iclas zamanı Ukrayna prezidentinin təklif etdiyi "sülh formulu”na baxacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ